Məşhur rusiyalı müğənni və bəstəkar Aleksandr Şevçenko 60 yaşında vəfat edib.
O, məşhur “Zodçiye” qrupunun keçmiş solisti olub.
Bu barədə qrupun rəhbəri Yuri Davıdov sosial şəbəkədə hesabında məlumat verib.
İlkin məlumata görə, sənətçinin ölümünə qan laxtalanması səbəb olub.
1990-cı illərin sonlarında prodüserliyə başlayan Aleksandr Şevçenko bir çox tanınmış mahnıların, o cümlədən Alsunun “Qış yuxusu” (“Zimniy son”), “Hərdən” (“İnoqda”), “Onsuz da” (“Vse ravno”) mahnılarının və hitlərinin əksəriyyətinin müəllifi olub.
O, həmçinin Jasmin, Danko, Tatyana Ovsiyenko, Nikolay Trubaç və digər tanınmış ifaçıların da mahnılarının müəllifidir.
Mənbə: Rg.ru