“Bizdə türklərdəki kimi deyil. Həyatı boyu elə açıq-saçıq olmayacağıq. Bizdə ictimaiyyətin fikrindən qorxu hissi var”.
Bu sözləri müğənni Nura Suri qonaq olduğu “O kimdir?” verilişində deyib.
Sənətçi bir sıra xanım həmkarlarının evli kişilərlə münasibətdə olduğunu da açıqlayıb:
“Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər. Ona görə də ad çəkmək variant deyil. Bizdə üstündə qız adı varsa, oğlana sevgilim deyə bilmir. Nə o yanlığıq, nə bu yanlıq”.
Qeyd edək ki, Nura Suri üç dəfə ailəli olub. Onun Xosrov, Möhsen və David adlı üç oğlan övladı var.
Nura: “Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər” - VİDEO
25-12-2022