Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini müvəqqəti Azər Zeynalov İCRA EDƏCƏK

 21-12-2022

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bu gün istefa verməsi ilə bağlı məlumat yayılıb.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Bu isə o deməkdir ki, Vasif Talıbovun vəzifələrini birinci müavini Azər Zeynalov müvəqqəti icra edəcək.

Qeyd edək ki, Azər Yədulla oğlu Zeynalov 1970-ci ildə Şərur rayonunda müəllim ailəsində anadan olub. 

O, 2005-cu ildən bəri Ali Məclisin deputatı, eyni zamanda sədr müavinidir. 

2020-ci ilin parlament seçkilərində 10 saylı Şərur seçki dairəsindən namizədliyini irəli sürən A. Zeynalov Yeni Azərbaycan Partiyasının üzvüdür. 

O, həmçinin Ali Məclis sədrinin birinci müavini vəzifəsini icra edib. Azər Zeynalov eyni zamanda, Naxçıvan Ali Məclisinin İqtisadi siyasət komitəsinin sədridir. 

Ali Məclisə seçilmədən öncə isə A. Zeynalov Naxçıvan Dəmir Yolu İdarəsinin rəis müavini olub. 

Bənzər yazılar

0.23406386375427