Ziya Məmmədovdan nəvəsi üçün yığlan "unitaz"lı MAŞINI- VİDEOFAKT

 20-04-2022
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb.
 
Bunu əks etdirən görüntüləri tanınmiş türk iş adamı Erbakan Malkoç instaqramda paylaşıb.
 
Erbakan Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib.

Qeyd edək ki, Erbakan Malkoç "Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.
 
Anar Məmmədov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.
 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Ziya Məmmədov jurnalistləri boş-boş işlərlə məşğul olmaqda günahlandırıb: "Nə boş-boş işlərlə məşğulsunuz? Sizin işiniz-gücünüz yoxdur? Dünya doludur maşınla".

Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo" saytı yayıb. Görüntüləri sosial mediada paylaşan Erbakan Malkoç qeyd edib ki, maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq avtomobili bəyəndiyini deyib.
 

Bənzər yazılar

0.23542499542236