Həmid Həmidov: “Laçın yolunda etirazçıların sayı artacaq”

 16-12-2022

“Laçın yolunu bağladığımızla bağlı deyilənlərdən böyük axmaqlıq ola bilməz. Çünki bir neçə dəqiqədən sonra ortaya çıxan videokadrlarda elə həmin yoldan sülhməramlıların humanitar yük daşıyan maşınlarının keçdiyini görmək mümkündür”.

Bu barədə “Global Media Group”un media direktoru Həmid Həmidov fikirini bildirib.

“Təəssüf ki, sülhməramlı kontingent hələki ekoloqlarımıza və digər mütəxəssislərimizə ərazilərdə monitorinq aparmaları üçün şərait yarada bilmir... Buna nail olunana qədər etiraz aksiyaları davam edəcək. Mən əminəm ki, Laçın yolunda etirazçıların sayı artacaq”, - deyə Həmid Həmidov qeyd edib.

Daha ətraflı “CBC TV Azərbaycan”ın videosüjetində:

Bənzər yazılar

0.22892689704895