Qətərlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi QEYD EDİLƏCƏK

 15-12-2022

“Gələn il Qətər və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək”.

“Report” xəbər verir ki, bunu Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Al Hinzab Qətər Dövlətinin Azərbaycanda Milli Bayramında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qətər Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsində, əsasən investisiya imkanlarının, genişləndirilməsində və ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlıdır.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında münasibətlər inkişaf edir:

“Milli Günün qeyd olunması bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Qətərin FİFA-ya ev sahibliyi etməsi ilə üst-üstə düşür. Bu iki tədbir Qətər xalqının birliyini və mədəniyyətini dünyaya nümayiş etdirmək imkanı yaradır. Bu ərəfədə ölkəmizə səyahət edənlər tariximizin və günümüzün parlaq sahələri və digər mədəniyyətlərdə sivil qarşılıqlı əlaqəyə inamımızla tanış olublar”.

Bənzər yazılar

0.21225905418396