Yevlaxdakı 2 saylı MKİS-in əməkdaşı teleqram sosial şəbəkəsində pornoqrafik kanallar işlədirmiş: Həmin şəxs saxlanılıb

 18-04-2022

Teleqram sosial şəbəkəsində pornoqrafik kanallar açan şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə «Az18Plus» və «Az18PlusCHAT» adlı kanallar açaraq müxtəlif pornoqrafik videoları yayan şəxsin Yevlax sakini, 1986-cı il təvəllüdlü C. Məmmədli olması müəyyən edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, o, pul qazanmaq məqsədilə teleqramda qeyd edilən iki kanalı 2020-ci ildə açıb və kanallara müvafiq olaraq 33 min və 8 minə yaxın şəxs üzv olub. Azərbaycan, Türkiyə və xarici ölkələrdə çəkilmiş pornoqrafik video və fotoları kanalında yayan şəxsə daha sonra müxtəlif reklam təklifləri gəlib. O, reklamdan aylıq 800-900 manatadək qazanc götürüb.

O da məlum olub ki, saxlanılan şəxs Yevlaxdakı 2 saylı MKİS-in (Mənzil Kommunial İstismar Sahəsi) əməkdaşıdır. Onun barəsində Cinayət Məcəlləsinin 242-ci) Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə iş açılıb.

Yevlax Rayon Məhkəməsi C.Məmmədlinin qazancından 20 faiz dövlət nəfinə tutulmaqla onun 2 il müddətinə islah işləri cəzası verib.

Bənzər yazılar

0.21448588371277