“TikTok” sosial şəbəkəsi Azərbaycanda ən çox istifadə edilən platformalardan biridir. Sosial platforma bir çoxları üçün qazanc mənbəyinə çevrilib. “TikTok”da jeton göndərən istifadəçilər platformaya 50 faiz komissiya və Azərbaycan dövlətinə 18 faiz vergi ödəyir. Buna baxmayaraq “TikTok” ölkəmizdə nümayəndəliyi olmadığından Azərbaycana vergi ödəmir.
“İctimai TV” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Belə ki, növbəti ildən “TikTok”, eləcə də digər sosial şəbəkələr hətta ölkəmizdə nümayəndəliyi olmasa belə, Azərbaycana vergi ödəməli olacaq.
“TikTok” Azərbaycanın şərtlərini qəbul etməsə, platforma Azərbaycanda fəaliyyətini dayandırmalı olacaq.
Daha ətraflı: