“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov “Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olacaq.
Bununla bağlı müğənni özü sosial şəbəkə hesabında açıqlama verib.
“Həyatımı 2663637461 dərəcə dəyişdirən 2011-ci ildən bəri məni “Avroviziya” ilə bağlayan çox şey oldu. Özəlliklə, xoş xatirələr və emosiyalar. İndi isə vaxt və dəvət gəldi. Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram – İctimai TV-nin “Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim.
Düzünü desəm, ağlımdan və könlümdən çox şey keçir, amma ən çox yenidən ürəyimi bu işə vermək istəyirəm”, - müğənni yazıb.
Qeyd edək ki, Eldar Qasımov “Avroviziya 2011”də Nigar Camal ilə birlikdə ifa etdikləri “Running Scared” adlı mahnı ilə müsabiqənin qalibi olub.