Rəqsanə ilə Damla arasında QALMAQAL – “Çamadanla yolun qırağında qalmışdın”

 10-12-2022

Müğənni Rəqsanə İsmayılova ilə həmkarı Damla arasında “Ay ürəyim” mahnısına görə qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Rəqsanə sözügedən mahnının Damla tərəfindən oxunmasını özünə qəbul edə bilməyib.

Bunun üçün o, səbəblərini “Həmin Zaur” verilişində açıqlayıb. Rəqsanə Damlaya keçmişdə ona etdiyi yaxşılığı xatırladıb:

“Damla Moskvaya gələndə böyük problemlə üzləşmişdi. Bunu özləri yaxşı bilir. Mən Novruz bayramı günü öz ailəmi bir kənara qoyub onların arxasınca getdim. Damla yadına salsın, pandemiyada əlində çamadan Dağıstanda yolun qırağında qalmışdı.

Zəng etmədikləri yer qalmamışdı, amma mən qadınlığımla onun Azərbaycana gəlməsinə kömək etdim. Bundan qabaq da aramızda mahnı söhbəti olmuşdu. Demişdi ki, 3 min xərc çəkmişəm, amma ondan sonra gəldin qapımı döydün, bəlkə də mən sənin Moskvada 100 minlik problemini həll etdim.

Sən orada Rəqsanənin adının olduğunu eşidəndə deməliydin ki, o mahnını oxumuram. Mən onda o mahnını oxumazdım”.

Qeyd edək ki, mahnının müəllifi Afşin Azəridir. Sözügedən mahnını bir gün fərqi ilə əvvəl Damla, daha sonra isə Rəqsanə təqdim edib.

Bənzər yazılar

0.28260588645935