Muxtar Babayev həbs oluna BİLƏR – Milli parkların torpaqları SATILIR

 09-12-2022

“Ekofront” ekoloji hərəkatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməlləri ilə bağlı ictimaiyyətə, eləcə də prokurorluğa müraciət ünvanlayıb. Müraciətdə bu qurumun rəhbəri meşə fondu torpaqlarını satmaqda ittiham edilir.

“Bu dəfə hədəf milli parklar – xüsusi mühafizə olunan təbiət əraziləridir. 7 min hektara yaxın ərazini artıq oliqarx sahibkarlarla razılaşdırıb nazirliyin balansından çıxarıb Kənd Təsərrüfatı Nazirliyinə, icra hakimiyyətlərinə təhvil verməyə hazırlaşır. Bunun üçün Nazirlər Kabinetinə müraciət edilib”, – Facebook sosial şəbəkəsi vasitəsilə yayılan müraciətdə deyilir.

Fəallar ekologiya idarəsinin bu addımını torpaq sahələrini satışa çıxarmaq kimi qiymətləndirirlər: “Şİrvan Milli Parkından 2 min hektar, Qızılağac Milli Parkından 4 min hektar, Qarayazı Dövlət Təbiət Qoruğundan isə min hektara yaxın ərazini «satışa çıxarıblar».

Bu yaxınlarda eyni üsullu Muxtar Babayev Şirvan Milli Parkından 518 hektar torpaq sahəsini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənova verib, deyə aktivistlər bildirir.

“Ekofront” hərəkatının fikrincə, bu proseslərin arxasında böyük məmur özbaşınalığı və korrupsiya dayanır. “Quraq rayonlarda minlərlə hektar ərazinin suvarılması ciddi su ehtiyatları tələb edir. Nəticədə ətraf kəndlər suvarma suyundan daha da məhrum olacaq”, – “Ekofront” fəalları deyirlər.

Bundan başqa, eko-fəal Cavid Qara bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Biləcəridə yerləşən xidməti binasının həyətyanı sahəsinin bir hissəsi ( təxminən 40 sot) satılıb.

Onun sözlərinə görə, dövlət qurumunun həyatyanı sahəsinin bir hissəsinin də (təxminən 43 sot) satmağa çalışırlar. Biləcəridə torpağın qiymətini nəzərə alsaq, alqı-satqıdan azı 1 milyon manat var…

Eko-fəal bu məsələdə nazir müavini Vüqar Kərimov və onun əmlak məsələləri üzrə köməkçisi Mohuma Heraçiyevi ittiham edib.

Hələlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ekofront” hərəkatının ittihamlarına cavab verməyib.(Turan)

Bənzər yazılar

0.23210501670837