Aktrisa Şarliz Teron “The Hollywood Reporter” jurnalının dekabr buraxılışının siması olub.
Şəkillər nəşrin sosial şəbəkələrində yayılıb.
47 yaşlı aktrisa jurnalının yeni sayının üz qabığı üçün poza verib.
“Mənim sirli olmağa ehtiyacım yoxdur. Gəlin bütün maneələri məhv edək ki, sakit şəkildə işə başlaya bilək”, deyə aktrisa nəşrə müsahibəsində bildirib.
O, karyerasının çətin anlarından, kino sənayesindəki yorucu işindən, stresli günlərindən və şəxsi həyatından danışıb.
Mənbə: gazeta.ru