Keyt Uinsletdən təəccüblü AÇIQLAMA: Hollivudda bədənimlə bağlı SORUŞURDULAR

 08-12-2022

“Oskar” mükafatçısı olan britaniyalı aktrisa Keyt Uinslet Hollivud qadınlarının bədənlərinə görə gördükləri təzyiqlərlə bağlı təəccüblü açıqlamalar verib. O, hələ gənc yaşlarında menecerindən artıq çəkisi ilə bağlı suallar soruşulduğunu deyib.

Hollivud ulduzunun sözlərinə görə, karyerasını ilk illərində ona ancaq kök qız rollarını oynaya biləcəyi deyilib.

Uinslet sosial media istifadəsinin artması ilə qadınların bədənləri ilə bağlı gördükləri təzyiqlərin daha da artdığını vurğulayıb:

“Bütün dünyanın qapımın ağzında olması kifayət qədər çətin idi, amma artıq bugünkü xəbərlər qalıcıdır. Gənc aktrisalar daim sayıq olmaq məcburiyyətindədirlər. Bu, yəqin ki, son dərəcə çətindir”, - deyə ulduz bildirib.

O, son layihələri barədə məlumat verib. Belə ki, Keyt 22 yaşlı qızı Mia Tripltonla “Mən Rutam” (“I am Ruth”)  filmində oynayıb.

Bundan başqa “Titanik” 25 ildən sonra yenidən tamaşaçılarla görüşəcək. Ceyms Kameronun rejissor kürsüsündə əyləşdiyi film 4K, HDR və 3D dəstəyi ilə yenidən böyük ekrana qayıdacaq (Kult filmin 2023-cü ilin fevralında nümayiş olunması planlaşdırılıb).

Bu il Keyti Ceyms Kameronun daha bir layihəsində görmək mümkün olacaq. Belə ki, aktrisa səbirsizliklə gözlənilən (“Avatar: The Way of Water”) filmində “Metkayine” qəbiləsinə başçılıq edən döyüşçü “Ronal” obrazını canlandıracaq.

Mənbə: NTV

Bənzər yazılar

0.2422730922699