Qriqori Leps 60 illik yubileyi şərəfinə Sankt-Peterburqdakı Buz sarayında böyük konsert verib.
Lakin mahnılardan birinin ifası zamanı o, mikrofonu mikrofonu yerə çırparaq səhnəni tərk edib.
Konsertin şahidlərinin sözlərinə görə, ifaçı onunla selfi çəkmək istəyən pərəstişkarları ilə mübahisə edib.
Məhz bundan sonra Leps ifası zamanı mahnını dayandırararq başını bulayıb, tamaşaçılar üçün baş barmağını yuxarı qaldırıb və mikrofonu şiddətlə yerə çırparaq səhnə arxasına keçib.
Daha sonra sənətçi konsert zamanı özünü pis hiss etdiyini etiraf edib.
Mənbə: gazeta.ru