Azərbaycanın Xarkovdakı konsulluğunun binası vuruldu - FOTOLAR

 07-03-2022

Azərbaycanın Xarkovda yerləşən fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. 

MillətinSəsi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.

Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

“Report”un Şərqi Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. Hücum nəticəsində binaya ciddi ziyan dəyib. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Hadisə zamanı konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb. Onlar hazırda təhlükəsiz yerdədirlər.



Bənzər yazılar

0.21824598312378