Son günlər Serbiya mediası millinin ulduz hücumçusu Duşan Vlahoviçlə komandanın ehtiyat qapıçısı Predraq Raykoviçin həyat yoldaşı arasında eşq münasibətləri barədə şaiyələri müzakirə edir.
İddialara görə, məhz bu səbəbdən “Yuventus”un forvardı DÇ-2022-nin qrup mərhələsində Braziliya ilə matçda cəmi 24 dəqiqə meydanda olub, Kamerunla oyunda isə ehtiyat oyunçular skamyasında qalıb.
Bununla belə bir çoxları bu iddiaların yalnız şayiə ola biləcəyini düşünür.
Serbiya millisi də Vlahoviçin ehtiyatda qalmasını onun fiziki durumu ilə izah edib.
Xatırladaq ki, serblər mundialda Braziliyaya 0:2 hesabı ilə uduzub, Kamerunla isə hesab bərabərə qalıb (3:3). Draqan Stoykoviçin komandası pley-offa vəsiqə qazanmaq üçün dekabrın 2-də İsveçrəni məğlub etməlidir.
Mənbə: Sport24