Hari Oldman müsahibə verib və təqaüdə çıxmaq planlarından danışıb.
O, son işinin “Yorğa atlar” serialı olması istəyini bildirib.
Britaniyalı aktyor “Leon” və Kristofer Nolanın “Betmen” trillogiyası da daxil olmaqla, çoxsaylı filmlərdə çəkilib. İndi Oldmanın 64 yaşı var, amma həyatda başqa məqsədləri olduğu üçün 80-dən sonra işləmək istəmir.
Aktyor qeyd edib ki, tezliklə onun 65, daha sonra isə tam 70 yaşı olacaq. “Yaxşı olar ki, indi zirvədə ikən “Yorğa atlar” filmindəki Cekson Lambın simasında son rolunu ifa edərək ekrandan xoşbəxt ayrılasan”, - deyə Oldman vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə tamaşaçılar hələ də Kristofer Nolanın “Oppenheymer” filmində Hari Oldmanı ABŞ prezidenti Trumen obrazında görəcəklər. Bundan başqa, aktyor artıq adıçəkilən serialın üçüncü və dördüncü mövsümlərində də iştirak edəcəyini açıqlayıb.
Mənbə: kanobu.ru