Avstraliyalı aktyor Kris Hemsvort Alzheymer xəstəliyinə meylli olduğu üçün filmlərdə çəkilməyi müvəqqəti dayandırmağı planlaşdırır.
O, ailəsi ilə daha çox vaxt keçirmək istəyir.
Hemsvort xəstəlik riskinin artdığını “Limitless” sənədli filminin çəkilişləri zamanı öyrənib. O, insanın fiziki formasının zirvəsində nələrə qadir olduğunu və qocalmanı necə ləngidə biləcəyini sınaqdan keçirib. Bunun üçün aktyor bir sıra genetik testlərdən keçib.
Hemsvort xəstəliyə meyilliliyini belə erkən öyrəndiyinə görə sevinir. Çünki bu, ona hazırlaşmağa imkan verəcək, özünü yaxşı fiziki və əqli formada saxlamağa həvəsləndirəcək.
Mənbə: daily.afisha.ru