Xalq artisti Flora Kərimova plastik əməliyyat etdirib.
O, bu barədə ARB kanalında yayımlanan “Günaydın Azərbaycan” proqramına qonaq olarkən bildirib.
Onun sözlərinə görə, göz ətrafını plastik əməliyyat etdirsə də, uğursuz alınıb:
“Taxdığım eynəyi çıxara bilmirəm. Bir naşının əlinə düşdüm və yöndəmsiz əməliyyat etdi. Bu gün-sabah da o naşının sözünü deyəcəyəm. Bura da elə həvəslə gəlmişəm. Bir saat güzgüyə baxdım ki, bəlkə, eynəksiz yaxşı olar. Plastik əməliyyat idi, heç lazım deyildi”.