Zərdab Rayon İcra Hakimiyyəti 1 ildə 3 tenderə 1 milyon 172 min 174 manat xərcləyib

 11-04-2022

2021-ci ildə Zərdab rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 330 min 46 manat məbləğində 14 tender keçirilib.

MillətinSəsi.info-nun fed.az- a istinadən verdiyi məlumata görə, Zərdab Rayon İcra Hakimiyyəti 1 ildə 3 tender keçirib və 1 milyon 172 min 174 manat xərcləyib. Bu, rayonun ümumi tenderlərinin 88.13 %-i deməkdir. Ən böyük tenderi isə “Aran Tikinti Quraşdırma” MMC qazanıb (610 min 852 manat).

Zərdab Rayon Mərkəzi Xəstəxanası 9 tenderə 146 min 372 manat xərcəyib. Ən böyük tenderi isə “İlkin – 2014” MMC qazanıb (28 min 435 manat). Bu isə xəstəxananın il ərzindəki tenderlərinin 19.41 %-ni təşkil edir.

MillətinSəsi.info 2021-ci ildə Zərdab rayonunda keçirilən tenderləri təqdim edir:

 

Bənzər yazılar

0.20773410797119