Ukraynada həlak olan Elnurun nəşi ölkəmizə gətirildi - FOTOLAR

 10-04-2022

Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib.

MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, mərhumun nəşi günorta saatlarında ölkəmizə gətirilib.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.

Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib. Elnur Həsənov İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb.

O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.

Mərhum Goranboy rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.




Bənzər yazılar

0.24373507499695