Xersonda sabiq vilayət rəhbəri qaçırılıb

 09-04-2022

Bu səhər Xerson Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri Andrey Putilov qaçırılıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko özünün “Telegram” kanalında məlumat verib.

“Bir saat əvvəl Xersonda maskalı işğalçılar Xerson VDA-nın keçmiş rəhbəri, VII çağırış Ukrayna Ali Radasının xalq deputatı Putilov Andrey Stanislavoviçi ələ keçirərək naməlum istiqamətə aparıblar”, - deyə Geraşşenko yazıb.

Qeyd edilir ki, Putilov Krımın ilhaqından sonra Xerson vilayəti administrasiyasına rəhbərlik edib.

Bənzər yazılar

0.20817494392395