Bakıda Türkiyənin Cümhuriyyət bayramı QEYD OLUNUB

 29-10-2022

Hazırda Heydər Əliyev Mərkəzində Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub.

Milletinsesi.info xəbər verir ki, tədbirə Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanılıb.

1200 qonağın dəvət olunduğu tədbirdə iştirakçılar arasında ictimai xadimlər, deputatlar, hərbçilər və mətbuat nümayəndələri var.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu səsləndirib.

Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub.

Milletinsesi.info xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

Bənzər yazılar

0.20931005477905