Milli Qəhrəman olan sabiq icra başçısı DƏFN EDİLİB

 26-10-2022

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev vəfat edib.

Milletinsesi.info xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Milli Qəhrəman Maşallah Abdullayev Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.

Qeyd edək ki, Maşallah Abdullayev 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.

Birinci Qarabağ müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb.

Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Abdullayev əməliyyat edilərək Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi. 

Bənzər yazılar

0.25541710853577