Göygöldə reyd keçirilib: Qaydaları pozan 15 sürücü cərimələnib

 06-03-2022

Ölkəmizdə keçirilən “Təmiz hava” aylığı çərçivəsində Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Ərazi şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə rayonda nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

Bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Standartlara cavab verməyən 15 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb.

Bənzər yazılar

0.21782898902893