Mingəçevirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 14 nəfər dəm qazından zəhərləndi, 5-i azyaşlıdır

 04-04-2022

Mingəçevir şəhərində dəm qazından müxtəlif ünvanlarda kütləvi zəhərlənmə halları baş verib.

Yeniavaz.com xəbər verir ki, bu gün Mingəçevirdə 14 nəfər dəm qazından zəhərləndiyi üçün xəstəxanaya gətirilib.

Onlardan 5-i 12 yaşa qədər olan uşaqlardır, bir nəfəri isə dializ xəstəsidir. Bu barədə Mingəçevir şəhər Təcili yardım stansiyasının baş həkimi Allahverdi Alıyev məlumat verib.

“Zəhərlənmələrin çoxu vanna otağında, bir neçəsi isə mətbəxdə olarkən baş verib. Xəstələrə tibbi yardım göstərilib, ağırlaşma və ölüm halı baş verməyib. Hal-hazırda onların vəziyyəti qənaətbəxşdir”, - deyə, o bildirib.

Bundan başqa, Mingəçevirdə zəhərlənən şəxslərin bəzilərinin kimliyi məlum olub. 

Hadisə zamanı Qədirova Elmira Qərib qızı və iki azyaşlı övladı, İnarə Zöhrabzadə, Leyla Muradova, Səbuhi Aslanov, Xanım Məmmədova, Almayə Rəcəbova, Elyanə Soltanova və iki azyaşlı övladı zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Bənzər yazılar

0.2001039981842