Ukraynada Rusiyanın Su-34-ü vuruldu: Pilot əsir götürüldü

 03-04-2022

Xarkov vilayətində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Su-34 bombardmançı təyyarəsini vurub. 

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə aprelin 3-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

“2022-ci il aprelin 3-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları Xarkov vilayətində daha bir Su-34 qırıcı-bombardmançı təyyarəsini vurublar”, - məlumatda vurğulanır.

Vurulan təyyarənin pilotunun əsir götürüldüyü də bildirilir.

İlkin məlumatlara görə, müharibə başlayandan Rusiya Ukraynada 11 Su-34 itirib (bir təyyarənin qiyməti 36 milyon dollardır – red.).

Bənzər yazılar

0.20870113372803