Elmira Axundova Kiyevdə DEYİL: Səfirliyə kim rəhbərlik EDİR?

 13-10-2022

Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra bir çox səfirliklər və konsulluqlar paytaxtı yenidən tərk etməyə hazırlaşdıqlarını bildiribdilər.

Azərbaycan səfirliyinin də yenidən təxliyə edilib-edilməyəcəyi və səfir Elmira Axundovunun vəzifəsinin başında olub-olmaması ilə bağlı Yenisabah.az saytı Kiyevdəki səfirliyimizlə əlaqə saxlayıb.

Saytın sorğusuna cavab olaraq səfirlikdən bildirilib ki, Elmira Axundova Kiyevdə deyil:

“Hazırda müvəqqəti işlər vəkili səfirliyə rəhbərlik edir”, - deyə cavabda bildirilib.

Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.

Bənzər yazılar

0.20564818382263