Volodimir Zelenski Viktor Yanukoviç, Sergey Kurçenko, Pavel Lebedev və Oleq Deripaskaya qarşı yeni sanksiyalar TƏTBİQ EDİB

 13-10-2022

Ukrayna Prezidenti Volodimir Zelenski öz fərmanı ilə bir sıra şəxslərə qarşı yeni şəxsi sanksiyalar tətbiq edib.

Dövlət başçısının 694/2022 saylı müvafiq fərmanı çərşənbə günü, oktyabrın 12-də Ukrayna Prezidentinin saytında dərc edilib.

Fərmana əlavə edilən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, Şura Ukraynanın eks-prezidenti Viktor Yanukoviç, ölkənin keçmiş müdafiə naziri Pavel Lebedev, habelə ukraynalı oliqarx Sergey Kurçenko və rusiyalı oliqarx Oleq Deripaskaya qarşı tətbiq edilmiş şəxsi iqtisadi məhdudlaşdırıcı tədbirlərin tətbiqi və dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin verdiyi təklifləri dəstəkləyib.

Yeni sanksiyalar aktivlərin bloklanmasını və onlardan istifadə hüququndan müvəqqəti məhrum etməni nəzərdə tutur.

Sanksiyalar 10 il müddətinə tətbiq edilir.

Mənbə: telegram.com.ua

Bənzər yazılar

0.19355893135071