Moskvada “Alfa-Bank”ın ofisində şübhəli bağlama TAPILIB

 12-10-2022

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində “Alfa-Bank” ofisinin bankomatı yaxınlığında şübhəli əşya aşkar edilib.

Hadisə yerinə kinoloji qrup cəlb olunub.

Bu barədə Moskva Fövqəladə Hallar Xidmətinin nümayəndəsi xəbər verib.

““Alfa-Bank”ın Zelenodolskaya küçəsində yerləşən ofisində bankomatın yanında şübhəli bağlama aşkar edilib”, - deyə FHN nümayəndəsi qeyd edib.

O əlavə edib ki, bağlama itlərin və kinoloqların köməyi ilə öyrəniləcək.

Mənbə: Rossaprimavera.ru

Bənzər yazılar

0.2151050567627