Keçmiş türkmənbaşı atıcılıq, pilotluq, əməliyyatçılıqdan sonra YENİ SƏNƏT TAPIB

 12-10-2022

Bir çox sahələrdə özünü sınayan və buna görə zaman-zaman gündəm olan Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədov indi də türkəçarəliyə maraq salıb: Koronavirus pandemiyası başlayan vaxtı COVID-19-u etməyi tövsiyə edən sabiq dövlət başçısı xalq təbabəti ilə bağlı kitablar yazmağa başlayıb.

Onun “Türkmənistanın dərman bitkiləri” adlı elmi-ensiklopedik kitabının yeni cildi artıq çapdan çıxıb və hökumətin geniş iclasında təqdim olunub.

Q.Berdiməhəmmədovun sözlərinə görə, türkmən torpağında bitən 2000-dən çox dərman bitkisi xalq təbabətində istifadə olunur, onlardan 500-dən çoxu ölkənin florası üçün endemik sayılır.  Keçmiş türkmənbaşı bu səbəbdən Türkmənistanın endemik dərman bitkiləri ilə bağlı xalq təbabətinin qədim ənənələrini nəzərə alaraq, onların YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkmənistanın eks-prezidenti türkmən tarixi, Axal-Təkə atları, türkmən xalçaları, musiqi, mətbəx, çay, atalar sözləri, türkmən alabayına dair müxtəlif mövzularda bir sıra kitabların müəllifidir. Bundan başqa o, döyüş təyyarəsində edib, odlu silahdan göstərib, hətta ralli avtomobillərinin iştirak edib.

 

Mənbə: İnterfaks

Bənzər yazılar

0.23958992958069