“Telegram”ın yaradıcısı yeni yaşından İMTİNA EDİB

 11-10-2022

“Telegram”ın yaradıcısı Pavel Durov 38 yaşını ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Oktyabrın 10-da 38 yaşı tamam olan rusiyalı sahibkar bu barədə özünün “Telegram” kanalında məlumat verib.

Durov ad günü təbrikləri üçün istifadəçilərə təşəkkür edib. Eyni zamanda qeyd edib ki, dünyanın çətin günlərini yaşadığı üçün 38 yaşını ləğv etməyi qərara alıb.

“Beləliklə, mənim hələ də 37 yaşım var”, - sahibkar qeyd edib.

 

 

Bənzər yazılar

0.21230816841125