Almaniya kiberdepartamenti rəhbəri Rusiya orqanları ilə əlaqəsinə görə İŞDƏN ÇIXARILIR

 11-10-2022

Almaniyanın İnformasiya Təhlükəsizliyi Agentliyi rəhbərinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu ehtimal olunur.

Bu səbəbdən onun vəzifəsindən kənarlaşdırılması planlaşdırılır.

Məlumata görə, Almaniyanın daxili işlər naziri Nensi Feser İnformasiya Təhlükəsizliyi Agentliyi rəhbəri Arne Şenbomu işdən azad etmək istəyir. Buna səbəb onun Rusiya xüsusi xidmət orqanlarındakı şəxslərlə mümkün əlaqələridir.

Müxtəlif mənbələrə görə, Şenbom mübahisəli qurum olan Alman Kiber Təhlükəsizlik Şurası vasitəsilə belə əlaqələr qurmuş ola bilər. Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, nazirlik bu məsələni diqqətlə araşdırır.

Bildirilir ki, Şenbomu alman qanunlarına görə sadəcə olaraq vəzifədən azad etmək çətindir. Ona görə də onun başqa departamentə köçürülməsi düşünülür.

Mənbə: Yevropeyskaya pravda

Bənzər yazılar

0.2085108757019