Nikol Paşinyan və Entoni Blinken Ermənistan - Azərbaycan sərhədindəki vəziyyəti MÜZKİRƏ EDİBLƏR

 10-10-2022

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi telefonla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib və İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasının vacibliyini vurğulayıblar.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasının, habelə sərhədin demarkasiyası və Aİ-nin mülki missiyasının bu sahədə fəaliyyətinin təmin edilməsi üzrə işlərin aparılmasının vacibliyini qeyd olunub”, - məlumatda bildirilib.

Mənbə: TASS

Bənzər yazılar

0.18672299385071