Çin “Günəş rəsədxanası”ORBİTƏ ÇIXARIB

 10-10-2022

Çin Aerokosmik Elm və Texnologiyalar Korporasiyası ASO-S adlı qabaqcıl kosmik “Günəş rəsədxanası”nı orbitə uğurla çıxarıb.

Bildirilir ki, buraxılış saat 03:23-də Çinin şimal-qərbində yerləşən Qansu əyalətindəki Jiuquan kosmodromundan həyata keçirilib.

Məlumata görə, ASO-S günəş aktivliyinin 25-ci dövrünün “günəş fırtınası”nı ətraflı qeyd edə biləcək.

Güman edilir ki, rəsədxana günəş partlayışlarının baş verməsini və onların insanlara təsirini vaxtında proqnozlaşdırmaq üçün lazımi məlumatları toplaya biləcək.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.19516396522522