İslamabadın ən böyük ticarət mərkəzində YANĞIN BAŞ VERİB - VİDEO

 09-10-2022

Pakistanın paytaxtı İslamabadda böyük ticarət mərkəzində yanğın baş verib.

Restoranların yerləşdiyi üçüncü mərtəbədə başlayan yanğının qısa müddətdə birinci mərtəbəyə keçdiyi bildirilib.

“Centaurus” ticarət kompleksinin ərazisindəki insanlar təxliyə olunub.

Məlumata görə, hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırmağa çalışırlar.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Mənbə: “Anadolu”

Bənzər yazılar

0.1749050617218