Norveç parlamenti enerji istehlakını azaltmaq üçün SAUNANI BAĞLAYIR

 08-10-2022

Norveç parlamenti (Stortinq) elektrik enerjisinə qənaət edilməsinə dair bir sıra yeni tədbirləri açıqlayıb.

Yeni tədbirlərə əsasən, parlamentdə sauna bağlanır, otaqlarda temperatur aşağı salınır,  parlamentin ofislərində əlavə qızdırıcılar yığışdırılır.

“Avropa ciddi enerji böhranının ortasındadır və Stortinq enerjiyə qənaət səylərinə töhfə vermək istəyir. Buna görə də biz elektrik enerjisi istehlakını dərhal azaltmağa kömək edəcək bir sıra təcili tədbirlər görürük”, - deyə Stortinqin spikeri Masud Qaraxxani bildirib.

Parlament binalarında havanın temperaturu 20-22 dərəcədən 19-20 dərəcəyə endiriləcək.

Bundan başqa, yeni tədbirlərə istifadə olunmayan otaqlarda işıqların söndürülməsi, ventilyasiya və isitmə təcrübəsinin genişləndirilməsi, eləcə də xarici işıqlandırmanın azaldılması daxildir.

Mənbə: Yevropeyskaya pravda

Bənzər yazılar

0.18510699272156