Soçi meşəsində naməlum nəhəng metal toplar TAPILIB: Haradan peyda olduğu ARAŞDIRILIR

 08-10-2022

Rusiyanın Krasnodar vilayətinin Soçi düşərgəsi ərazisində iri metal toplar tapılıb.

Düşərgənin “Hosta Rica” və “Şeytan Qapısı” turist bazaları yaxınlığındakı meşədə yerli sakinlər tərəfindən aşkarlanan topların haradan peyda olduğu araşdırılır.

Onların naməlum yerli heykəltəraş tərəfindən quraşdırıldığı da ehtimal olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə mətbuat xidmətindən məlumat verilib.

Polis onların heç bir təhlükə yaratmadığını bildirib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bunların kosmik gəmilər üçün yanacaq çənləri ola biləcəyi də irəli sürülüb.

Mənbə: MK.ru

Bənzər yazılar

0.19306612014771