“Tərtər işi” üzrə cinayət işlərinə bəraətverici əsaslarla xitam verilmiş 18 nəfərin adları və rütbələri məlum olub.
Bu barədə vəkil Rəsul Cəfərov məlumat yayıb.
O bildirib ki, həmin şəxslər müxtəlif maddələrlə ittiham olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdular.
"Tərtər işi" ilə bağlı istintaqın təzələnməsindən sonra isə onların günahsız olduqları təsdiqlənib:
Seymur Hidayətov: Polkovnik-leytenant
Ramin Mustafayev: Polkovnik-leytenant
Elşən Xamıyev: Mayor
Cavid Ağayev: Mayor
Elmar Allahverdiyev: Kapitan
Elvin Xəlilov: Kapitan
Ziya Qurbanov: Kapitan
Səddam Quliyev: Kapitan
Bəşir Məmmədov: Kapitan
Elvin Rəfiyev: Baş leytenant
Sabir Əliyev: Baş leytenant
Yusif Əsədov: Baş leytenant
Əsəd Mancanov: Leytenant
Turab Kərimov: Gizir
Zamiq Səfərov: MAXE
Rəcəb Teymurov: MAXE
Bəhruz Novruzov: MAXE
Eyyub Məmmədov: MAXE
Xatırladaq ki, Ali Məhkəmə bir neçə gün əvvəl "Tərtər işi" ilə bağlı ittiham olunmuş daha 18 nəfər barəsindəki son kassasiya qərarını ləğv edərək yenidən apelyasiya baxışına göndərib.