Həbs edilən sabiq icra başçısının Azərbayacana gətirilməsi ilə bağlı MÜRACİƏT EDİLİB

 05-10-2022

"Qubadlı rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib".

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

"02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib", - məlumatda bildirib.

Xatırladaq ki, ötən gün mətbuatda Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyevin Polşada həbs edilməsi ilə bağlı xəbərlər yayılıb.

Elxan Nuriyev kimdir?

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Ukrayna vətəndaşı olan  Elxan Nuriyev uzun illərdir ki, bu ölkənin ictimai-siyasi həyatında tanınan isimlərdən biridir.

Hazırda Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olan həmyerlimiz Rusiyanın bu ölkəyə işğal siyasətinə qarşı fəal vətəndaş mövqeyi qoyub.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı humanist addım atmalıdır:

Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatlıq yaradıb. Axtarışa Azərbaycan tərəfindən verilib, 1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var.

Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi nə vaxtsa məhkəmədə sübuta yetiriləcək.  Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir.

Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə fədakar çalışmalarına davam edəcək” .

Bənzər yazılar

0.20383906364441