Rusiya indi də Avropa ölkələri ilə sərhədində çağırış məntəqələri QURUB

 05-10-2022

Rusiyadan çıxışda kilometrlərlə yarandığı Pskov vilayətində keçid məntəqələrində mobil hərbi komissarlıqlar yerləşdirilib.

MillətinSəsi.info-ın məlumatına görə, bu barədə vilayətin qubernatoru Mixail Vedyornikov özünün “Telegram” kanalında xəbər verib.

Onun sözlərinə görə, sərhədlərə insan axını çox böyükdür.

“Gedənlər arasında çoxlu Ukrayna vətəndaşı var, lakin çağırış yaşında olan Rusiya vətəndaşları da az deyil”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Pskov bölgəsi Estoniya və Latviya ilə həmsərhəddir.

Bundan əvvəl Latviya hökuməti Rusiyada elan edilən səfərbərliklə bağlı Pskov vilayəti ilə həmsərhəd rayonlarda rejimi tətbiq edib.

Xatırladaq ki, Rusiya və sərhəddə də müvəqqəti qismən səfərbərlik məntəqələri yaradıb.

Bənzər yazılar

0.19042301177979