Axtarışa verilən Qubadlı rayonunun sabiq icra başçısı HƏBS EDİLİB? 

 04-10-2022

Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev Polşada həbs edilib.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub.

Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.

Qeyd edək ki, o, 1992-1993-cü illərdə ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olub.

E.Nuriyev hazırda Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədridir.

Azərbaycan mətbuatında  "axtarışa verilən sabiq icra başçısı həbs olundu" başlığı  ilə xəbərlər yayılıb. Bildirilir ki, Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham  olunan və  İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Elxan Nuriyev Polşada həbs olunub.

 Bununla əlaqədar olaraq dostlarda yaranmış narahatlığı nəzərə alaraq bildirmək istəyirəm ki, saxta ittihamlarla saxlanılan Ukrayna vətəndaşı, Ali Radanın Hüquq Komitəsinin əməkdaşı, Ukrayna Zabitlər Birliyinin  Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elxan Nuriyev həbs olunmayıb, barəsində araşdırma aparılandan sonra tezliklə sərbəst buraxılacağı gözlənilir. 

Bu sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu feysbuk hesabında yazıb.

"Rusiyanın Ukraynaya təcavüzünü tənqid və ifşa edən, vətənpərvərliyi ilə Ukraynasevərlərin hörmətini qazanan Elxan Nuriyev müharibə başlayandan ilk dəfədir ki, Avropaya  işgüzar səfərə çıxıb. Kremlin Bakıdakı əlaltıları istəyinə nail ola bilməyəcək. Əlavə məlumat əldə edən kimi sizə çatdıracagıq", - deyə o qeyd edib.

Bənzər yazılar

0.18214511871338