Azərbaycanda son sutkada 56 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib

 31-03-2022

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 791 932 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 889 nəfər müalicə olunaraq sağalıb, 9 692 nəfər vəfat edib, aktiv xəstə sayı 351 nəfərdir.

Ölkədə son sutka ərzində 4 489, hazırkı dövrədək isə 6 701 673 test aparılıb.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 612 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 483, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 11 415, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 720 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 456 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 324 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 824 633, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 078 608, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 695 nəfər təşkil edir.

Bənzər yazılar

0.19935703277588