Yaponiya cavab zərbələri hesabına müdafiəsini GÜCLƏNDİRƏCƏK

 04-10-2022

Yaponiya düşmən ərazisinə cavab zərbələri endirmək imkanı hesabına ölkənin müdafiə qabiliyyətini gücləndirmək qərarına gəlib.

Bunu ölkənin baş naziri Fumio Kişida deyib.

“Biz heç bir variantı, o cümlədən cavab tədbirləri deyilən imkanları istisna etmədən, xalqımızı qorumaq üçün lazım olan vasitələrin real olaraq nəzərdən keçiririk”, - deyə hökumət başçısı bildirib.

Kişida qarşıdakı beş il ərzində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac olduğuna diqqət çəkib. Onun sözlərinə görə, hökumətin məqsədi Sahil Mühafizəsinin potensialını artırmaqdır.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.21170020103455