Aİ Ukraynaya 5 milyard avroluq makromaliyyə YARDIMINI TƏSDİQLƏYİB

 03-10-2022

Avropa İttifaqı oktyabrın ortalarında Ukraynaya 5 milyard avro həcmində yeni makromaliyyə yardımı tranşı ayıracaq. Bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis özünün “Twitter” səhifəsində yazıb.

O, qeyd edib ki, vəsaitin birinci hissəsi oktyabrın ortalarında, növbəti iki hissəsi isə bu ilin sonunda veriləcək.

Xatırladaq ki, bu vəsaitlər may ayında elan edilmiş ümumi məbləği 9 milyard avro olan paketin bir hissəsidir ki, onun da bir milyardı artıq Ukraynaya köçürülüb.

 

Bənzər yazılar

0.18426203727722