ABŞ-da təbii fəlakət qurbanlarının SAYI 90-A ÇATIR

 03-10-2022

ABŞ-da “İan” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatları davam edir, buna görə qurbanların arta biləcəyi istisna olunmur.

Bundan əvvəl təbii fəlakət nəticəsində öldüyü bildirilirdi.

Xatırladaq ki, sentyabrın 27-də başlayan “İan” qasırğası Floridada çoxsaylı dağıntılara səbəb olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb.

Dördüncü kateqoriyaya aid edilən və sürəti 250 km/saata çatan “İan” posttropik siklona çevrildiyindən təhlükənin hələ bitmədiyi qeyd olunur.

Mənbə: RT

Bənzər yazılar

0.20178985595703