Rusiyada səfərbərliyə çağırılan hərbçinin CƏSƏDİ TAPILIB

 03-10-2022

Rusiyanın Sverdlovsk vilayətində səfərbərliyə çağırılan hərbçinin cəsədi tapılıb.

Cəsəd Poroşinonun Sverdlovsk kəndində hərbi hissənin tank hazırlığı mərkəzinin yeməkxanasında aşkarlanıb.

İlkin versiyaya görə, hərbçi intihar edib. Onun boynunda iki kəsik aşkar edilib və yanında bıçaq olub.

Məlumata görə, mərhumun adı Vladimir Potanindir. 46 yaşlı kişi Kurqanda yaşayıb və sentyabrın 26-da səfərbərliyə çağırılıb.

Mənbə: “Baza” “Telegram”

Bənzər yazılar

0.19356799125671