ABŞ-da qasırğa qurbanlarının SAYI ARTIB

 02-10-2022

ABŞ-ın Florida ştatını 4-cü kateqoriya intensivliyi ilə vuran “İan” qasırğası tropik yağış fırtınasına çevrilərkən, əyalətdə təbii fəakət nəticəsində həyatını itirənlərin sayı 64-ə yüksəlib.

Digər tərəfdən, Atlantik Okeanında güclənən külək 1-ci kateqoriya qasırğa olaraq Cənubi Karolina ştatına çatıb.

Hündürlüyü 12 metrə çatan dalğalar Floridanın qərb sahillərini yuyub, evləri və iş yerlərini dağıdıb, böyük maddi ziyana səbəb olub.

Bu həftənin əvvəlində ABŞ-ın Florida ştatını vuran “İan” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.

Dördüncü kateqoriyaya aid edilən qasırğada küləyin sürəti 250 km/saata çatıb. Ştatda çoxsaylı dağıntılar qeydə alınıb, 2,5 milyona yaxın insan elektrik enerjisindən məhrum olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb.

“İan” post-tropik siklona çevrildiyindən, təhlükənin hələ bitmədiyi qeyd olunur.

Cənubi Karolinada hökumət sakinlərdən evlərini tərk etməməyi tələb edir.

Mənbə: CNN

Bənzər yazılar

0.20725893974304