İspaniyada elmi təcrübə zamanı partlayış BAŞ VERİB: Xeyli sayda yaralanan VAR - VİDEO

 01-10-2022

İspaniyanın Girona şəhərində ictimai elmi təcrübə aparılıb.

Təcrübə zamanı partlayış baş verib. 18 nəfər xəsarət alıb. Yaralananlardan biri də beş yaşlı uşaqdır.

Yerli alimlər maye azotla isti suyu birləşdirmək istəyib. Tamaşaçılar hadisəni izləmək üçün təcrübə məkanının ətrafına toplaşıb. Lakin təcrübə plana uyğun getməyib və partlayış baş verib.  Təcrübənin keçirildiyi dəmir çənlər partlayıb.

Nəticədə onların qırıqları toplaşanları yaralayıb.

Mənbə: “Baza” “Telegram”

Bənzər yazılar

0.21565699577332