Suriyanın 10 vilayətində vəba epidemiyası qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.
Bildirilir ki, xəstəlik bütün ölkəyə yayılmaqda davam edir.
Qeyd edək ki, hazırda ölkədə 426 yoluxma halı , 33 nəfər xəstəlikdən ölüb. Ən çox yoluxma və ölüm Hələbdə aşkarlanıb.
ÜST vəziyyəti son dərəcə narahatedici adlandırıb.
Mənbə: TVC